AZ

Kürdə suyun səviyyəsi ARTDI

Bu barədə Ajans.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 56 sm, Qusarçay-Kuzunda 13 sm, Qudiyalçay-Qımılda 6 sm, Əyriçay-Ağyazıda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 18 sm, Bərgüşadçay-Əliquluuşağıda 9 sm, Tərtərçay-Vəngdə 4 sm, Tutqunçay-Comərddə 2 sm artım, Kür çayının aşağı axımında Kür-Surrada 54 sm, Kür-Zərdabda 10 sm artım qeydə alınıb. Transsərhəd çayında Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 23 sm artıb, su sərfi 230 m3/san normanın 116%-ni təşkil edir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
34
Ajans.az

10Mənbələr