AZ

Üç hava limanı uçuşlara müvəqqəti bağlanıb

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İvanovo, Nijni Novqorod və Yaroslavl hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako məlumat verib.

"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün İvanovo (Yujnı), Nijni Novqorod (Strigino) və Yaroslavl (Tunoşna) hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib" , o, Telegram kanalında yazıb.

Bu hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir.

Xatırladaq ki, gecə saatlarında Moskvanın dörd hava limanında - Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo, eləcə də Kaluqa, Volqoqrad, Saratov və Samara hava limanlarında məhdudiyyətlərin olduğu bildirilmişdi.

Cavid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
22
icma.az

10Mənbələr