Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Ağ lotus" serialı və "Gecəyarısı günəşi" filmi ilə tanınan amerikalı aktyor Patrik Şvartsenegger "Amerikan psixopatı" filminin remeykində baş rolu oynamaq arzusunu bəyan edib.
Oxu.Az xəbər verir ki, aktyor bu istəyini sosial şəbəkədə paylaşıb.
"Mən bundan artıq heç nə istəməzdim", - aktyor yazıb.
Qeyd edək ki, orijinal "Amerikan psixopatı" filmi 2000-ci ildə ekranlara çıxıb və Bret İston Ellisin eyniadlı romanı əsasında ekranlaşdırılıb. Trillerdə baş rolu Kristian Beyl canlandırıb.
2002-ci ildə birinci filmin ardınca onun sikveli çıxıb, lakin film tamaşaçılar və tənqidçilər tərəfindən mənfi qarşılanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.