İtaliya A seriyasında 35-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Cenoa” öz meydanında “Milan”la qarşılaşıb. İkinci hissədə hesabda geri düşməsinə baxmayaraq, “qırmızı-qaralar” əzmkar qələbə qazanıb.
“Cenoa” - “Milan” - 1:2
Qollar: Vitinha, 61 (1:0), Rafael Leao, 76 (1:1), Morten Frendrup, 77-avtoqol (1:2)
Bu qələbə sayəsində xallarının sayını 57-ə çatdıran “Milan” turnir cədvəlində 9-cudur. “Cenoa” isə 39 xalla 13-cü pillədə qərarlaşıb.