ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yer alan özünün Papa obrazı ilə heç bir əlaqəsi olmadığını deyib, lakin bunun katoliklərin xoşuna gəldiyini qeyd edib.
Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.
"Siz katoliklərdən yox, saxta mediadan danışırsınız, elə deyilmi? Katoliklərin hətta xoşuna gəldi. Bununla heç bir əlaqəm yoxdur. Kimsə mənim Papa paltarı geyinmiş şəklimi çəkdi və internetdə yerləşdirdi", - Tramp deyib.
O əlavə edib ki, katolik olan arvadı Melaniya "şəklin sevimli olduğunu düşünürdü".
Çox güman ki, neyroşəbəkələrdən istifadə edilməklə yaradılan görüntüdə Trampın Papa paltarında qızılı stulda oturduğu əks olunub.
Qeyd edək ki, Kardinalların konklavı yeni Roma Papasını seçmək üçün mayın 7-də toplanacaq. Dünyanın hər yerindən yaşı 80-dən aşağı olan təxminən 135 kardinal iştirak etmək hüququna malikdir. Əvvəlki pontifik Fransisk bu ilin aprelində vəfat edib.
Turan İSMAYIL