ABŞ Ordusu Vaşinqtona gələn sərnişin təyyarələrinə müdaxilə etdiyi üçün Pentaqonun yaxınlığında hərbi helikopterlərin təlim uçuşları dayandırmaq məcburiyyətində qalıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb.
Belə ki, 12-ci ordu aviasiya batalyonu iki təyyarənin Ronald Reyqan adına hava limanına enişini dayandırmaq məcburiyyətində qaldıqdan sonra belə bir əmr verib. Hər iki halda insidentə “Black Hawk” hərbi helikopterlərinin uçuşu səbəb olub.