AZ

Zaqatalada iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Zaqatalada iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-Qərb bürosunun məlumatına görə, qəza axşam saatlarında Zaqatala şəhərinin Faiq Əmirov küçəsində qeydə alınıb. 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KIA” markalı avtomobillə, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun sürdüyü “Opel” markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
0
7
yenisabah.az

10Mənbələr