AZ

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 milyon dollar ayıracaq

Milan. Trend:

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna (ADF 14) 2 milyon ABŞdolları məbləğində töhfə verəcək.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirininverdiyi məlumata görə, bunu AİB-in Azərbaycan üzrə idarəçisi,maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzarsessiyasında bildirib.

"Asiya İnkişaf Fondunun iqlim dəyişikliyi ilə mübarizədə vəregionun ən yoxsul və ən həssas ölkələrinin dəstəklənməsindəoynadığı mühüm rolu qeyd etmək istərdim. Fond təcili ekolojiproblemlərin həlli üçün lazımi maliyyə vəsaiti ayırır", - deyə oqeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan ADF-nin fəaliyyətinidəstəkləyir, onun iqlim problemlərinin aradan qaldırılmasında vəregionda davamlı inkişafın təşviqində əhəmiyyətini qəbul edir.

"Bununla əlaqədar, İdarəçilər Şurasına bildirmək istəyirəm ki,biz ADF 14-ə 2 milyon dollar töhfə vermək üçün lazımi addımlaratmışıq", - deyə nazir bildirib.

Seçilən
0
3
az.trend.az

4Mənbələr