AZ

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna 2 milyon dollar ayıracaq

Azərbaycan 14-cü Asiya İnkişaf Fonduna (ADF 14) 2 milyon ABŞ dolları məbləğində töhfə verəcək.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bunu AİB-in Azərbaycan üzrə idarəçisi, maliyyə naziri Sahil Babayev bank rəhbərlərinin işgüzar sessiyasında bildirib.

"Asiya İnkişaf Fondunun iqlim dəyişikliyi ilə mübarizədə və regionun ən yoxsul və ən həssas ölkələrinin dəstəklənməsində oynadığı mühüm rolu qeyd etmək istərdim. Fond təcili ekoloji problemlərin həlli üçün lazımi maliyyə vəsaiti ayırır", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan ADF-nin fəaliyyətini dəstəkləyir, onun iqlim problemlərinin aradan qaldırılmasında və regionda davamlı inkişafın təşviqində əhəmiyyətini qəbul edir.

Seçilən
0
5
publika.az

8Mənbələr