Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Zaqatalada minik avtomobilləri toqquşub.Lent.az xəbər verir ki,, hadisə axşam saatlarında Zaqatala şəhəri, Faiq Əmirov küçəsində baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi “KıA” markalı minik avtomobili, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.