AZ

Patriarx Kirillin ölkəmizə səfəri niyə böyük əhəmiyyət kəsb edir? - ŞƏRH

Milli Məclisin deputatı Samir Vəliyev Patriarx Kirillin Bakıya səfərini şərh edib.

Publika.az xəbər verir ki, deputat bildirib:

"Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir. Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır. Prezidentimiz cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib.

Azərbaycan hələ qədim dövrlərdən müxtəlif xalqların və fərqli dini inanclara sahib insanların mehriban şəraitdə yaşadığı dövlət olub. Multikulturalizm siyasətinin məqsədi də elə müxtəlif dinləri və mədəniyyətləri bir dam altında birləşdirməkdən ibarətdir. Ölkəmiz bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər.

Seçilən
0
23
publika.az

10Mənbələr