Əfsanəvi keçmiş futbolçu Ronaldo (Yekədiş) sərxoş vəziyyətdə kameraların obyektivinə düşüb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, məkanların birindən çıxarkən görüntülənib.
Onun sahibi olduğu klub "Valyadolid"in "Barselona"ya uduzduğu matç sonrası bu halı azarkeşləri hiddətləndirib. Klub tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub. Bu nəticələrlə gələn il aşağı liqada - Sequndada mübarizə aparacaq.
Komanda azarkeşləri Ronaldodan narazıdırlar və klubun satılmağını tələb edirlər.
Onlardan bəzilərinin fikirləri belə olub:
"Valyadolid"imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir".
Hüseyn
Milli.Az