AZ

Ronaldo sərxoş halda kameraya yaxalandı – azarkeşlər “dəliyə döndü”

Əfsanəvi keçmiş futbolçu Ronaldo (Yekədiş) sərxoş vəziyyətdə kameraların obyektivinə düşüb.

KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, o, məkanların birindən çıxarkən görüntülənib.

Onun sahibi olduğu klub “Valyadolid”in “Barselona”ya uduzduğu matç sonrası bu halı azarkeşləri hiddətləndirib. Klub tarixlərində ilk dəfə ardıcıl 8 oyunda məğlub olub. Bu nəticələrlə gələn il aşağı liqada – Sequndada mübarizə aparacaq.

Komanda azarkeşləri Ronaldodan narazıdırlar və klubun satılmağını tələb edirlər.

Onlardan bəzilərinin fikirləri belə olub:

“Valyadolid”imiz ölmür, öldürülür və satışsız keçən hər gün çuxur daha da dərinləşir”.

Seçilən
0
2
konkret.az

3Mənbələr