AZ

Azay Quliyev Monteneqro Parlamentinin sədri ilə görüşüb

"Bu gün ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri cənab Andriya Mandiç ilə Budvada səmərəli görüş keçirməkdən məmnun oldum".

Bu barədə AzNews.az-a millət vəkili Azay Quliyev məlumat verib.

O qeyd edib ki, “Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürümü bildirdim.

"ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi apardıq"- deputat deyib.

Seçilən
0
5
aznews.az

10Mənbələr