AZ

Azay Quliyev ATƏT PA-nın İpək Yolu Qrupunun sədri ilə görüşdü

BAKI, 5 may. TELEQRAF

Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Monteneqro Parlamentinin sədri Andriya Mandiç ilə Budvada görüşub.

Teleqraf xəbər verir ki, Milli Məclisin deputatı A.Quliyev ATƏT PA-nın İpək Yolu Qrupunun sədri qismində Monteneqro Parlamentinin sədri Andriya Mandiç ilə Budvada görüşündə mühüm məsələlər müzakirə edilib.

Görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi aparılıb.

“Qitələri birləşdirərək: Dayanıqlı turizm, təmiz enerji və ekoloji tarazlıq naminə davamlı gələcəyin təşviqi” mövzusunda İpək Yolu Qrupunun 5-ci Beynəlxalq Parlament Konfransının yüksək səviyyədə təşkilinə görə Monteneqro Parlamentinə təşəkkürü edilib.

Qeyd edək ki, ATƏT PA-nın Baş Katibi Roberto Montellanın da iştirak etdiyi görüşdə İpək Yolu Qrupu ilə Monteneqro Parlamenti arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları barədə faydalı fikir mübadiləsi aparıb.

Seçilən
0
5
teleqraf.com

10Mənbələr