AZ

5 səhmdar cəmiyyətin səhmləri satışa çıxarılır

10 iyun tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək hərracda ümumilikdə 5 səhmdar cəmiyyətinə məxsus səhmlər satışa çıxarılacaq.

Valyuta.az xəbər verir ki, "Azinterservis"ə məxsus 443 min 77 ədəd buraxılmış səhmdən 133 min 167 ədədi satışa təqdim olunur.

Hər bir səhmin nominal dəyəri 2 manat təşkil edir. Satışa çıxarılan səhmlərin nominal dəyəri 266 min 334 manat olsa da, ilkin satış qiyməti 133 min 167 manat müəyyən edilib.

"Cəlilabad Şərab"ın 92 min 155 ədəd buraxılmış səhmdən 41 min 295 ədədi hərraca çıxarılacaq. Nominal dəyəri 4 manat olan bu səhmlərin ümumi nominal dəyəri 165 min 180 manatdır. Lakin satışa 148 min 662 manat ilkin qiymətlə çıxarılacaq.

"Daşkəsən Aqrotexservis"in ümumilikdə 97 min 623 ədəd buraxılmış səhmdən yalnız 47 ədədi hərraca təqdim olunur. Hər səhmin nominal dəyəri 2 manat olmaqla, bu səhmlər 94 manat ilkin satış qiyməti ilə təklif olunur.

"Zabrat Tikinti Quraşdırma"ya məxsus 43 min 692 ədəd səhmdən 75 ədədi hərraca çıxarılır. Səhmlərin nominal dəyəri 2 manat olsa da, satışa 150 manat ilkin qiymətlə çıxarılacaq.

"Bərdə Kəndkimya"nın isə 95 min 796 ədəd buraxılmış səhmi mövcuddur. Bu səhmlərdən 53 ədədi 106 manat ilkin qiymətlə satışa çıxarılır. Hər bir səhmin nominal dəyəri 2 manatdır.

Maya Hüseynova

Seçilən
0
7
valyuta.az

8Mənbələr