"Barselona" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "İnter"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin hücumçusu Robert Levandovski sıraya qayıdıb. Polşalı forvard zədəsini sağaldı və komanda ilə birlikdə İtaliyaya gedəcək.
Müdafiəçi Alexandro Balde isə hələ zədəlidir. İspaniyalı futbolçu cavab görüşündə iştirak etməyəcək.
Qeyd edək ki, "İnter" - "Barselona" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Bu komandalar arasında İspaniyada keçirilən ilk matç 3:3 hesablı bərabərliklə yekunlaşıb.
saytlarin hazirlanmasi