Bakı. Trend:
Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrikenerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASCməlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin(RETSİ) ərazisində 10 kV-luq kabel xətdində əsaslı təmir-bərpaişləri aparıldığına görə mayın 5-də elektrik xətləri sifarişəəsasən açılacaq.
"Bununla əlaqədar olaraq saat 14:00-dan etibarən Aşıq Ələsgər,Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəziərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə dəbəzi mənzil tikinti kooperativlərində elektrik enerjisininverilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başaçatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrikenerjisi ilə təmin olunacaq",- deyə əlavə edilib.