Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq kabel xəttində əsaslı təmir-bərpa işləri aparılır. Buna görə də saat 14:00-dan etibarən Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Xudu Məmmədov küçələrinin bəzi ərazilərində, bir sıra ictimai və ticarət müəssisələrində, eləcə də bəzi mənzil tikinti kooperativlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.