İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.
APA xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O qeyd edib ki, hazırda xidmətlər zərfi çərçivəsində ambumator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri qarşılanır: “İlk mərhələdə ürək, sonra tənəffüs yolu xəstəliklərinin resept əsasında dərmanlarının tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”.