AZ

Ürək və tənəffüs sistemi xəstəlikləri ilə bağlı yazılan dərmanlar icbari tibbi sığorta çərçivəsində qarşılanacaq

İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, hazırda xidmətlər zərfi çərçivəsində ambumator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələri, anesteziya və digərləri qarşılanır: “İlk mərhələdə ürək, sonra tənəffüs yolu xəstəliklərinin resept əsasında dərmanlarının tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur”.

Seçilən
0
41
apa.az

10Mənbələr