AZ

Pakistan generalı: Ordumuz Hindistanın təcavüzünə cavab verməyə hazırdır

BAKI, 5 may. TELEQRAF

Pakistan regionda sülhü və sabitliyi qorumağı qarşısına məqsəd qoyub, amma ordumuz təcavüz halında düşmənə (Hindistan) layiqli cavab verməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin rəisi general-leytenant Əhməd Şərif Çaudri deyib.

“Pakistan sülhsevər ölkədir və biz regionda sülh istəyirik. Amma Pakistana təcavüz təhlükəsi yaranarsa, qoşunlarımız düşmənə layiqli cavab verməyə hazırdır”, - general vurğulayıb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr