Bakı, TurkicWorld
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.
TurkicWorld xəbər verir ki, səfər zamanı Baş nazir Əli Əsədovla məhdud və geniş tərkibli görüşlər gözlənilir. Səfər çərçivəsində bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Belarus hökumətinin başçısı Azərbaycanın azad olunmuş ərazilərində bərpa etdiyi bir sıra obyektlərə baş çəkəcək.
Bundan əlavə, rəsmi səfər çərçivəsində biznes forum keçiriləcək. Belarusun böyük biznes nümayəndə heyəti müxtəlif sektorların müəssisələrini - sənayedən qida istehsalına qədər təqdim edəcək.