ABŞ-ın Texas ştatının sakinləri “SpaceX”in buraxılış meydançasının yerləşdiyi ərazinin adının “Starbase” olaraq dəyişdirilməsinə səs verib.İlon Maskın "SpaceX" buraxılış sahəsinin yerləşdiyi Kemeron dairəsində keçirilən səsvermədən sonra ərazinin adı rəsmi olaraq “Starbase” olaraq dəyişdirilib.Əksəriyyəti "SpaceX" işçilərindən ibarət olan qəsəbədə keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyinə “hə” deyərkən, köhnə adın saxlanmasına cəmi 6 nəfər səs verib.Kemeron dairəsinin seçki administratoru Remi Qarza bildirib ki, səsvermənin nəticələri qəsəbə hakimi tərəfindən təsdiq edildikdən sonra "Starbase" rəsmi olaraq bir Texas bələdiyyəsi kimi qeydə alınacaq.Digər tərəfdən, "SpaceX"-in sahibi İlon Mask da X hesabında etdiyi paylaşımda səsvermənin nəticəsini qeyd edərək, "Starbase"in artıq əsl şəhər olduğunu qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta