AZ

İlon Mask bu bölgəni şəhərə çevirdi

ABŞ-ın Texas ştatında İlon Maskın “SpaceX” şirkətinin buraxılış yeri olan Kameron bölgəsinin adı keçirilən səsvermə nəticəsində “Starbase” olaraq dəyişdirilib.

Publika.az xəbər verir ki, əksəriyyəti “SpaceX” işçilərindən ibarət olan qəsəbədə keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyinə “hə” deyərkən, köhnə adın saxlanmasına cəmi 6 nəfər səs verib.

Kemeron dairəsinin seçki administratoru Remi Qarza bildirib ki, səsvermənin nəticələri mahal hakimi tərəfindən təsdiq edildikdən sonra “Starbase” rəsmi olaraq Texas bələdiyyəsi kimi qeydiyyatdan keçəcək.

İlon Mask da sosial media hesabında “Starbase”-in artıq əsl şəhər olduğunu bildirərək səsvermənin nəticəsini paylaşıb.

Seçilən
0
1
publika.az

3Mənbələr