“Qarabağ”ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.
Viral.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Son Yazılar:
- “Qarabağ”ın futbolçusu mövsümün rekorduna imza ATDI
- Gədəbəydə kişi qonşusunun evdində faciəvi şəkildə ÖLDÜ
- “Real” “Arsenal”ın aparıcı müdafiəçisi ilə danışıqlar APARIR
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.