ABŞ-ın dövlət katibi Marko Rubio İranı bütün nüvə obyektlərinə, o cümlədən hərbi obyektlərə beynəlxalq müşahidəçilərin buraxılmasına icazə verməyə çağırıb.
Parol.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
“Əgər onlar həqiqətən sülh məqsədli atom enerjisi istəyirlərsə, o zaman hər cür inspektorun – o cümlədən amerikalıların – obyektlərə girişinə şərait yaratmalıdırlar,” – deyə Rubio vurğulayıb.