AZ

Rumıniyada prezident seçkilərinin ilk turunda millətçi lider Corc Simion liderlik edir

Bakı. Trend:

Rumıniyada keçirilən prezident seçkilərinin birinci turundamillətçi “Rumınların Birləşməsi Uğrunda” Alyansın lideri CorcSimion səsvermədə lider olub.

Trend-inməlumatına görə, Exit-poll nəticələrinə əsasən, Simion 30–33 faizcivarında səs toplayaraq birinci yerə çıxıb.

Sosial Demokrat Partiyası, Milli Liberal Partiyası və RumıniyadaMacarların Demokratik İttifaqından ibarət hakim koalisiyanın birgənamizədi Krin Antonesku və müstəqil namizəd, Buxarestin meriNikuzor Dan isə hər biri təxminən 23 faiz səslə ikinci yeribölüşürlər.

Avangard Sosial və Davranış Araşdırma Qrupunun açıqladığı ilkinnəticələrə görə, Simion 30%, Antonesku və Dan isə hərəyə 23% səsyığıb. CURS-un exit-poll nəticələrində isə Simion 33,1%, Antonesku22,9%, Dan isə 20,9% səslə qiymətləndirilib.

Seçici fəallığı 53,18% təşkil edib. Bu nəticələr prezidentseçkilərinin ikinci turunun keçiriləcəyini deməyə əsas verir.

Seçilən
0
2
az.trend.az

10Mənbələr