Ajans.az TASS-a istinadən xəbər verir ki, hakim koalisiyanın (Sosial-Demokrat Partiya, Milli-Liberal Partiya və Rumıniya Macar Demokratik Birliyi) vahid namizədi Krin Antonesku və paytaxt Buxarestin bələdiyyə başçısı müstəqil namizəd Nikuşor Dan hər biri 23% səs alaraq ikinci yeri bölüşüblər. Nəticə seçki məntəqələrinin bağlanmasından dərhal sonra "exit-poll" kimi açıqlanıb. Seçici fəallığı 53.18% olub.