Demokrat.az musavat.com-a istinadən xəbər verir ki, o, Rusiyanın “Kursk vilayətini azad etdikdən” sonra növbəti hədəflərinin Kiyev, Baltikyanı ölkələr və Azərbaycan olacağını iddia edib.
Yeviçin sözlərinə görə, guya Azərbaycan Rusiyaya hücum etməyə hazırlaşır və bu səbəbdən “önləyici zərbə” zəruridir. Onun planında Polşa və hətta Alyaska da var – o iddia edir ki, “Alyaskalılar artıq Rusiyanı gözləyir və dəstək verməyə hazırdırlar".
Xatırladaq ki, Yuri Yeviç daha əvvəl də azərbaycanlılara qarşı nifrət dolu çıxışları ilə seçilib. O, Rusiya tərəfindən 1990-cı illərdə Qroznı üzərində vurulan Azərbaycan sərnişin təyyarəsi ilə bağlı sevincli ifadələr işlətmiş və bu sözləri geniş qəzəb doğurmuşdu.
Yeviçin son açıqlamaları regionda gərginliyi artırmaq cəhdi kimi qiymətləndirilir və beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyalar doğura bilər.
6Mənbələr
-
demokrat.az"Kursku azad edəndən sonra növbə Bakınındır" — Rus hərbçi Azərbaycanı hədələdi ( 16974398)
-
demokrat.az"Kursku azad edəndən sonra növbə Bakınındır" —Rusiyadan hədə ( 16974344)
-
kanal.azRusiyalı hərbi təlimatçı Azərbaycana hücum çağırışı etdi: “Ukraynadan sonra sıra Bakıdadır” - FOTO ( 16969487)
-
kanal.azRusiyalı neofaşist Azərbaycana hücum çağırışı etdi: “Ukraynadan sonra sıra Bakıdadır” - FOTO ( 16969436)
-
turkustan.azRusiyalı neofaşist Azərbaycana hücum çağırışı etdi: “Ukraynadan sonra sırada Bakı var” ( 16965359)
-
yenisabah.azRusiyalı neofaşist Azərbaycana hücum çağırışı etdi: “Ukraynadan sonra sırada Bakı var” ( 16964144)