ABŞ Çinə qarşı gömrük rüsumlarını azaltmaq niyyətindədir
“ABŞ nə vaxtsa Çinə qarşı tətbiq olunan idxal rüsumlarını azaldacaq, çünki bu addım olmadan Vaşinqton və Pekin bir-biri ilə iş görə bilməyəcək.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Nə vaxtsa mən onları azaldacağam, çünki əks halda biz onlarla iş görə bilməyəcəyik”, - o, deyib.