AZ

Donetsk “Şaxtyor”u XXI əsrdə ilk dəfə ÇL-siz qaldı

Donetsk “Şaxtyor”u 1999/2000-ci illər mövsümündən bəri ilk dəfə olaraq ən mötəbər klub yarışında – Çempionlar Liqasında oynamayacaq.

Arena.az məlumat verir ki, “şaxtaçılar”ı əzəli rəqibi Kiyev “Dinamo”su qiyabi surətdə pərişan edərək, son illər Ukrayna futbolunda at oynadan Donetsk klubuna antirekord “hədiyyə” edib.

Belə ki, Ukrayna Premyer Liqasının 27-ci turu çərçivəsində “Dinamo” səfərdə “İnqulets” üzərində 4:0 hesablı qələbə qazanmaqla, “Şaxtyor”u çempionluq imkanından riyazi olaraq məhrum edib.

Ukraynanı Çempionlar Liqasında yarışın ikinici təsnifat mərhələsindən yalnız ölkə çempionu təmsil edəcəyindən, “şaxtaçılar” ümidlərini növbəti mövsümə bağlamalı olublar.

Hazırda Ukryana Premyer Liqasının ilk üçlüyü belə sıralanıb:

  1. “Dinamo” (Kiyev) – 27 oyun, 67 xal;
  2. “Aleksandriya” – 26 oyun, 60 xal;
  3. “Şaxtyor” (Donetsk) – 27 oyun, 57 xal.

Müvafiq mənzərədə “Aleksandriya” və “Şaxtyor” Konfrans Liqasının təsnifat mərhələsinə yollanırlar.

Əlavə edək ki, “taxt-tacını” təslim etmiş “Şaxtyor” buna qədər son iki mövsümdə Ukrayna çempionluğunu bayram etmişdi. 2016/2017-ci – 2023/2024-cü illər mövsümlərini əhatə edən son 7 yarışda isə “şaxtaçılar” çempionluğu yanız bircə dəfə – 2020/2021-ci illər mövsümündə əzəli rəqibi “Dinamo”ya uduzmuş, qalan mövsümlərdə çempon olmuşdular.

Seçilən
0
arena.az

1Mənbələr