"Qarabağ" klubu 7 aylıq fasilədən sonra bu gün Suraxanı qəsəbəsində yerləşən "Azərsun Arena"da qayıdır.
Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov yetirmələri Misli Premyer Liqasının XXXIII turu çərçivəsində "Sumqayıt"ı məhz bu stadionda qəbul edəcək.
Ötən həftə çempionluğu bayram edən Ağdam təmsilçisi üçün oyun turnir cədvəli baxımından əhəmiyyət daşımır.
"Sumqayıt" isə 1 xal qazanarsa, Premyer Liqada yerini rəsmən qoruyacaq və axırıncı 3 turda daha rahat mübarizə aparacaq.
Saat 18-dən etibarən oyunla bağlı ən maraqlı məqamları saytımız vasitəsilə izləyə bilərsiniz.
Misli Premyer Liqası, XXXIII tur
“Qarabağ” – “Sumqayıt”
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov