"Qarabağ" klubu 7 aylıq fasilədən sonra bu gün Suraxanı qəsəbəsində yerləşən "Azərsun Arena"da qayıdıb.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanov yetirmələri Misli Premyer Liqasının XXXIII turu çərçivəsində "Sumqayıt"ı məhz bu stadionda qəbul edib. Ötən həftə çempionluğu bayram edən Ağdam təmsilçisi üçün oyun turnir cədvəli baxımından əhəmiyyət daşımayıb. Oyun isə "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Misli Premyer Liqası, XXXIII tur

18:00 “Qarabağ” – “Sumqayıt” 2:0 

Qol: Benzia, 59, Kadi, 83

"Azərsun Arena". 

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov