Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.
Referans “Report”a istinadən verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir – red) vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta