AZ

Azərbaycan-Nepal XİN ilk siyasi məsləhətləşmələr keçirib

Bakı. Trend:

30 aprel - 2 may 2025-ci il tarixlərində Azərbaycan Respublikasıxarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi iləAzərbaycan Respublikasının hökumət missiyası Nepalda səfərdəolub.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı Azərbaycan Respublikası xarici işlərnazirinin müavini Elnur Məmmədov Nepal Prezidenti Ramçandra Paudel,həmçinin Baş nazir Şarma Oli tərəfindən qəbul edilib.

Nazir müavini Elnur Məmmədovun Nepalın xarici işlər naziri ArzuRana Deuba ilə də ikitərəfli görüşü keçirilib.

Görüşlərdə Nepal tərəfi Azərbaycan hökumət missiyasını yüksəkqiymətləndirib və hər iki tərəf üçün maraq doğuran məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Nepal Xarici İşlər Nazirliyi arasında ilk siyasiməsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycantərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşıtərəfdən isə Nepal xarici işlər katibi Amrit Bahadur Rai rəhbərlikediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasiəlaqələrin inkişaf etdirilməsi, iqtisadi-ticarət, enerji, turizm,kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkıvəziyyəti və perspektivləri müzakirə olunub.

İki ölkə arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq müsbətdəyərləndirilib, çoxtərəfli formatlarda qarşılıqlı dəstəkfəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Hökumət missiyasının üzvləri olan Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət TurizmAgentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyalarınTəşviqi Agentliyi - AZPROMO ilə Nepalın müvafiq dövlət qurumlarıarasında dəyirmi masa ətrafında görüş keçirilib və əməkdaşlıqimkanları müzakirə edilib. Nepal İnvestisiya İdarəsində baş tutandəyirmi masada Azərbaycan dövlət qurumlarının nümayəndələri geniştəqdimatla çıxış ediblər.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Nepaldafəaliyyət göstərən Asiya Diplomatiya və Beynəlxalq Münasibətlərİnstitutu (AIDIA) tərəfindən təşkil edilən, ölkənin nüfuzluictimai-siyasi xadimlərinin, beyin mərkəzlərinin rəhbərlərinin,müxtəlif dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin,ekspertlərin qatıldığı tədbirdə “Azərbaycanın xarici siyasəti:çağırışlar və imkanlar” mövzusunda mühazirə ilə çıxış edib vəauditoriyanın suallarını cavablandırıb.

Seçilən
0
7
az.trend.az

5Mənbələr