AZ

ABŞ HDQ dəniz bazalı hipersonik raket sınaqları keçirib

ABŞ Pentaqon nüvəsiz döyüş başlığı ilə dəniz bazalı hipersonik raketin prototipini sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə hərbi qurumun mətbuat xidməti məlumat yayıb.

Sınaqlar Florida ştatında Kanaveral burnunda keçirilib. Buraxılış soyuq start prinsipi (həmçinin minaatan start kimi tanınır) ilə həyata keçirilib. Bu, raketin əvvəlcə şaxtadan və ya konteynerdən qaz təzyiqi altında çıxarılmasını, marş mühərriki isə artıq havada olduqda və buraxılış qurğusundan uzaqlaşdırıldıqda işə salınmasını nəzərdə tutur.

“Soyuq qazlardan istifadə metodu Hərbi Dəniz Qüvvələrinə raketi platformadan çıxarmağa və birinci mərhələni işə salmadan öncə gəminin üzərində təhlükəsiz məsafəyə çıxarmağa imkan verir. Bu texniki nailiyyət bizi Hərbi Dəniz Qüvvələrimiz üçün təhlükəsiz və etibarlı hipersonik potensialın təmin edilməsində rolumuzun yerinə yetirilməsinə daha bir addım yaxınlaşdırır”, – vitse-admiral Conni Volf bildirib.

Gələcəkdə bu hipersonik raketlərlə “Zumwalt” layihəsinin esminesləri təchiz edilməlidir.

Seçilən
0
report.az

1Mənbələr