AZ

“Traktor” klubu tarixində ilk dəfə ölkə çempionu olub

Bakı, 2 may, AZƏRTAC

Təbrizin "Traktor" komandası tarixində ilk dəfə İran çempionu olub.

AZƏRTAC xəbər verir ki, Cənubi Azərbaycan klubu XXVIII turda səfərdə "Şams Azər"ə 4-0 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra xallarının sayını 64 yüksəldən "Traktor" sona iki tur qalmış ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq çempion adını sahib çıxıb.

Seçilən
0
1
azertag.az

2Mənbələr