AZ

Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...


Ceyhun Məmmədov: “Belə bir şəxsin nazir postuna gətirilməsi olduqca vacib və önəmli hadisədir”

Almaniyanın xarici işlər naziri vəzifəsini Yohan David Vadeful tutacaq. 62 yaşlı siyasətçi ölkənin yeni kansleri Fridrix Merzin yaxın silahdaşı hesab edilir. Vadeful bu vəzifədə bir neçə dəfə Azərbaycan rəsmiləri ilə görüşüb. Deputat kimi ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə görüş keçirib. O, Vətən müharibəsindən əvvəl dəfələrlə Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildirib.

“Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”, - o, bunu Xocalı qırğınının 27-ci ildönümü münasibətilə Almaniya-Azərbaycan forumu, Azərbaycanın AFR-dəki səfirliyi və Almaniya Atlantik Cəmiyyəti tərəfindən Berlində təşkil edilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan tərəfdaşlığının perspektivləri” mövzusunda simpoziumda söyləyib.

O da məlumdur ki, Şoltsun kanslerliyi dönəmində xarici işlər naziri olan Anelena Berbok Azərbaycana münasibətdə qərəzli idi, daha çox Ermənistanın mənafeyindən çıxış edirdi. Yeni xarici işlər nazirinin ölkəmizə olan müsbət münasibəti Almaniya-Azərbaycan əlaqələri baxımından nə vəd edir?

“Hesab edirəm ki, bu, Almaniya-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, əlaqələrin...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, əvvəlki dövrdə biz Almaniya xarici işlər nazirinin ölkəmizə qarşı qərəzli siyasətini tez-tez görür və müşahidə edirdik: “Bu da özünü bir çox məsələlərdə və açıqlamalarda göstərirdi. COP29 ərəfəsində Berbokun Bakıya səfəri və ölkəmiz əleyhinə bir sıra qərəzli fikirlər səsləndirməsi hələ də hər birimizin yadındadır. O baxımdan indiki dövrdə Yohan David Vadeful kimi bir şəxsin Almaniya xarici işlər naziri postuna gətirilməsi olduqca vacib və önəmli hadisədir. Çünki bu post çox önəmlidir. Hesab edirəm ki, bu, Almaniya-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, əlaqələrin keyfiyyətcə yeni müstəviyə keçməsinə öz töhvəsini verəcək. Nəzərə almaq lazımdır ki, Almaniya sıradan bir dövlət deyil. Bu ölkə Avropa İttifaqının iqtisadi lokomotivi olmaqla yanaşı, siyasi müstəvidə də ciddi söz sahibinə malikdir. Bu, ümumi Azərbaycanın atdığı addımlara, həyata keçirdiyi tədbirlərə də öz töhvəsini verir və verəcək. Əvvəlki Almaniya hakimiyyəti dövründə biz o qədər ədalətsizliklə üzləşdik, haqsızlığa məruz qaldıq. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini Almaniyada bəzi dairələr həzm edə bilmirdilər. Halbuki, Azərbaycan beynəlxalq hüquqa dayanaraq işğala, separatizmə son qoyub. Ona görə də sağlam düşüncəli və praqmatik maraqlardan çıxış edən siyasilərin Almaniyada hakimiyyətə gəlməsi Azərbaycanın maraqlarına uyğundur. Biz təkcə əvvəlki xarici işlər nazirinin yox, bəzən digər rəsmilərin də qərəzli yanaşmalarının şahidi olurduq. O baxımdan məlum yenilik hesab edirəm ki, önəmli və əhəmiyyətlidir. O cümlədən, Azərbaycanın yaratdığı yeni reallığın təsdiqi kimi qəbul edilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
0
baki-xeber.com

1Mənbələr