AZ

Birinci Liqa: "Karvan" çempiona qalib gəldi

Azərbaycan I Liqasında 24-cü tura yekun vurulub.

Turun son günündə 3 matç baş tutub.

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək üç komanda məhz bu gün meydana çıxıblar. "Karvan" artıq çempionluğunu təmin edən "Qəbələ" üzərində inamlı qələbə qazanıb. "İmişli" "Qaradağ Lökbatan"ı üstələyib. "Zaqatala" ilə MOİK-in duelindən isə bölgə təmsilçisi qalib ayrılıb.

Azərbaycan I Liqası

24-cü tur

2 may

İmişli – Qaradağ Lökbatan 3:1

Qollar: İ.İnqilablı, 55. O.Timilehin, 66. S.Fərəcov, 90+1 - N.Novruzov, 75.

Zaqatala – MOİK 1:0

Qol: R.İsmayılov, 57.

Karvan – Qəbələ 2:0

Qollar: E.Qasımov, 62. E.Morgan, 80.

Turun digər oyunları dünən keçirilib: 

Cəbrayıl – Baku Sportinq 2:1

Difai – Mingəçevir 1:4

 

//Fanat.Az

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr