Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, Mingəçevirdəki “Kür”Olimpiya Tədris-İdman Mərkəzində baş tutan tədbirdə qaliblərə kuboklar təqdim olunub.
Akademik avarçəkmədə Gürcüstan yığması, kanoe-kayakda isə Özbəkistan birinci olub.
Daha sonra bağlanış bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan yığması “Prezident kuboku-2025” turnirini 15 medalla başa vurub.