Ukaynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ötən iclasda məhkəməyə çağırılacağı bildirilən Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin hazırda Qəbələdə olduğu qeyd edilib.
"Növbəti proseslərdə Füzuli Musayevin iştirak edəcəyini, həmçinin zərərçəkən tərəfin də təqsirləndirilən şəxslərlə görüşəcəyini gözləyirik. Biz növbəti prosesdə məhkəmə istintaqını yekunlaşdırmağı düşünürük".