Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Qazaxıstana 20,4milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 8,7 milyon ABŞ dolları və ya 73,8% çoxdur.
Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 2,64%-i həcmində olub. Bununla daQazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında 6-cı pillədə qərarlaşıb. Eyni zamanda, bu ilinyanvar-mart aylarında Azərbaycanla Qazaxıstan arasında ticarətəməliyyatlarının həcmi 118,7 milyon ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 47,9 milyon ABŞ dolları və ya 67,6% çoxdur. Hesabatdövründə Qazaxıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumiticarət dövriyyəsinin 1%-i həcmində olub.
Cari ilin yanvar-mart aylarında Azərbaycandan Qazaxıstana 20,6milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 72,5% çoxdur.Həmçinin, 2025-ci ilin yanvar-mart aylarında QazaxıstandanAzərbaycana 98,1 milyon ABŞ dolları dəyərində idxal əməliyyatlarıicra olunub ki, bu da illik müqayisədə 39,3 milyon ABŞ dolları vəya 66,7% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xariciticarət dövriyyəsi 24,3% artaraq 12 milyard ABŞ dolları təşkiledib. Son bir ildə ölkə üzrə ixrac 6,7% və ya 401,75 milyon ABŞdolları artaraq 6,4 milyard ABŞ dolları, idxal isə 52,6% və ya 1,9milyard ABŞ dolları artaraq 5,7 milyard ABŞ dolları təşkiledib.
Hesabat dövründə xarici ticarət dövriyyəsinə 722,9 milyondollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ABŞ dolları və ya 3,1 dəfə azdır.