Bakı. Trend:
27 minədək buraxılış kartı alan taksi sürücüsü var.
Trend xəbərverir ki, bunu AYNA-nın Kommunikasiya departamentinin direktoruVəli Məmmədov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baştutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ciForumun “Nəqliyyat infrastrukturunda davamlı həllər mediamüstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 27 minə yaxın buraxılış kartı alan taksisürücüsü var:
“Bir il bundan əvvəl bu say 67 min idi. Azalmaya səbəb odur ki,artıq hər şey standartlaşıb, sürücülər imtahan verirlər. Həmçinində avtomobillər son 7 il buraxılışı olmalıdır.
Taksi əvvəllər o qədər ucuz idi ki, insanlar yaxın məsafələrətaksi ilə gedirdilər. Artıq insanlar piyada və ya digər yollarlahərəkət etməyə üstünlük verirlər”.
"Bir vaxtlar Bakıda “Prius” məhfumu, anlayışı var idi,vətəndaşlar bundan narazı idilər", - o əlavə edib.