Salyan rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs olunub.
Avtosfer.az-ın məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə idarə etdiyi 77-PF-834 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Nihat Babayev saxlanılıb. Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
Nərmin