AZ

Kreml Paşinyanın üzərinə yeni fiqur göndərir

Rusiyanın Ermənistanla bağlı planlarının detalları yayılıb.

Publika.az xəbər verir ki, “Vedomosti” nəşri Kremlin daxili siyasət blokunda yeni prioritetlərin olduğunu yazır.

Nəşrin məlumatına görə, hazırda Ermənistanda informasiya işinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və onun tabeliyində olan şəxslər cavabdehdirlər. Bu missiya ona Dmitri Kozakdan keçib. Daha əvvəl Kiriyenko Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Donbass qondarma “respublikalarına”, eləcə də Moldovaya nəzarət edirdi. İndi əsas işi Ermənistandır.

Mənbələrin bildirdiyinə görə, əsas məqsəd “yumşaq güc” mexanizmləri vasitəsilə Rusiyanın maraqlarını qorumaq və irəliyə aparmaqdır.

Seçilən
0
publika.az

1Mənbələr