AZ

“Zirə” - “Turan Tovuz” oyununun köməkçi hakimi dəyişib

Misli Premyer Liqasının XXXIII turunda bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.

"Report" xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Seçilən
0
15
report.az

10Mənbələr