AZ

“Zirə” - “Turan Tovuz” oyununun hakimi dəyişdi

Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində bu gün keçiriləcək “Zirə” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
 
Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, köməkçi hakim Namik Hüseynovun səhhətində problem yarandığı (yüksək hərarət) üçün onu Teymur Teymurov əvəz edib.
 
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
 
Seçilən
0
15
moderator.az

10Mənbələr