AZ

“Rossotrudniçestvo” Bakıdakı Rus Evi ilə bağlı müsbət nəticə gözləyir - Primakov

Rusiya və Azərbaycan Bakıdakı Rus Evinin statusunun həlli ilə bağlı işləri davam etdirirlər, “Rossotrudniçestvo” müsbət nəticəyə ümid edir.

Herbiand.az bildirir ki, bu barədə TASS-a agentliyin rəhbəri Yevgeni Primakov məlumat verib.

“Səfirlik və Xarici İşlər Nazirliyi [Azərbaycan] arasında təmaslar davam edir. Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslər üçün məşğulluqdur. Bu, bizim vəzifəmizdən kənardır. Hüquqi status məsələsi hələ də həll olunur. Biz müsbət münasibətimizi saxlayırıq. Hesab edirik ki, bütün bunları hamını qane edəcək şəkildə həll etmək lazımdır”, - Primakov Bakıda Rus Evi ətrafında vəziyyətin necə inkişaf etməsi ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, Fevralda Rossotrudniçestvo rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı Rus Evinin fəaliyyətini dayandırmağa və şəhərin mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
2
herbiand.az

4Mənbələr