Amerika lideri qeyd edib ki, bundan sonra ABŞ iki əlamətdar tarixi qeyd edəcək. ABŞ prezidenti Donald Tramp ABŞ-ı iki dünya müharibəsində qalib elan edib və bayramın keçiriləcəyi tarixləri açıqlayıb. Tramp özünün “Truth Social” sosial şəbəkəsində qeyd edib ki, Birləşmiş Ştatlar Birinci və İkinci Dünya Müharibələrində qalib gəlmək üçün hər hansı digər ölkədən daha çox şey etdi:- "Mən mayın 8-ni İkinci Dünya Müharibəsində,noyabrın 11-ni isə I Dünya Müharibəsində Qələbə Günü kimi qəbul edirəm. Hər iki müharibədə biz qalib gəldik, heç kim gücümüzdə, şücaətimizdə və hərbi parlaqlıqda bizə yaxın olmadı, amma biz heç vaxt heç nəyi qeyd etmirik - bu da ona görədir ki, bunu necə edəcəyini bilən liderlərimiz yoxdur!".Tramp özünü nəzərdə tutaraq demək istəyir ki,artıq belə bir lider var
Surxay Əliyev